Baş nazir Qarabağda cari il təmizlənəcək minaları ərazilərin sayını açıqlayıb

2024-cü il sonuna kimi Qarabağda 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bunu baş nazir Əli Əsədov martın 15-də Milli Məclisdə 2023-cü ilin hesabatını təqdim edərkən deyib.
O bildirib ki, 2023-cü il 123 min hektar ərazinin təmizlənməsi təmin olunub.
2023-cü ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Azərbaycan hazırda ərazilərin minalanmasına görə dünyada ilk onluqdadır.
Avropada isə ilk 3-lükdədir.
Bundan əvvəl ANAMA açıqlama verərək bildirib ki, Ermənistan Azərbaycana azad olunmuş ərazilərdə mianalanmış sahələrlə dair 8 ədəd formulyarı verib, lakin formulyarlar qeyri-dəqiqdir.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib