Yük və sərnişin daşımaların sayı artıb

2024-cü ilin yanvar-fevralında Azərbaycanda yük daşımaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1%, sərnişin daşımaların sayı isə 8,4% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat
subyektləri tərəfindən 35,2 milyon ton yük daşınıb.
Yüklərin
3,6%-i dəniz, 8,5%-i dəmir yolu, 0,2%-i hava, 54,7%-i
avtomobil nəqliyyatı, 33,0%-i isə boru kəməri ilə daşınıb.
Hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə
daşınmış yüklərin həcmi 5,3% artıb, daşınmış yüklərin
ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,6% təşkil edib.
Eyni zamanda nəqliyyatçılar 294,4
milyon sərnişinə xidmət göstərib.
Sərnişinlərin 87,5%-i
avtomobil nəqliyyatı, 11,9%-i metro, qalan hissəsi isə digər
nəqliyyat növləri ilə daşınıb.
2023-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 5 milyon 425,2 min ton məhsul daşınıb, bu da 2022-ci illə müqayisədə 9 % çoxdur.
Ötən il avtomobil nəqliyyatı ilə 1 milyard 828,5 milyon ABŞ dolları (əvvəlki illə müqayisədə 3 % çox) dəyərində 2 milyon 27 min ton (6 % çox) yük ixrac edilib, 10 milyard 269 milyon ABŞ dolları (18 % çox) dəyərində 3 milyon 398,2 min ton (10 % çox) yük idxal edilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2023-cü ildə sərnişin daşınmasını 38,4% artıraraq 7,1 milyon nəfərə kimi artırıb.
2022-ci ildə Azərbaycan Dəmir Yolları 5 milyon 136 min sərnişin daşıyıb.
2022-ci ildə Azərbaycan Dəmir Yolları 5 milyon 136 min sərnişin daşıyıb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib