Bu gün abituriyentlər üçün sənəd qəbulu başa çatır

Martın 15-də ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu başa çatır. Bu barədə Dövlət İmahan Mərkəzindən məlumat verilib.
Məlumata görə, sənəd qəbulu saat 23:59-dək davam edəcək.
Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) qeyd olunan vaxta kimi DİM-in saytına daxil olub "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər isə bu gün saat 17:00-dək hər hansı bir SQK-ya müraciət edə bilərlər.
Saat 11:30-a olan məlumata əsasən, 111373 abituriyent öz ərizəsini təsdiq edib. 5183 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























