Deputat Hökumətə quru sərhədlərin açılmasını təklif edib- VİDEO

2023-cü il iqtisadi artım 1%-dən aşağı olub və adambaşına düşən gəlirlər də azalıb. Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc deyib.
"Ötən il iqtisadi artımın 1%-dən kiçik olması adambaşına düşən gəlirlərin də
azaldığını göstərir. Qeyri-neft sektorunun 3,2%-lik
artımı, neft sektorunun 1,6%-lik azalması ilə
iqtisadi artım 0,8% təşkil edib. Bunun başlıca səbəbinin sərhədlərin bağlı olması,
əhalinin sərbəst hərəkət və ticarətindəki məhdudluqdur. Dövlətin qərarı
başadüşüləndir, lakin Rusiya ilə ticarət dövriyyəsinin tarixdə ilk dəfə rekord
həddə- 7.3 milyard manata çatmasını nəzərə alaraq, qonşu ölkə ilə sərhədlərin
açılması əhalinin iqtisadi aktilviyi və gəlirlərini bərpa edə bilər", - deputat martın 15-də Nazirlər Kabinetinin hesabatına münasibət bildirərkən söyləyib.
Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-nə qədər uzadılıb.
Karantin rejimində hazırda quru sərhədlərin bağlı qalması daxildir.
Ölkədə quru sərhədlərin bağlı qalması 2021-ci ilin fevralından davam edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























