Şəmkirdə yeni yaradılan massivlərin qazlaşdırılmasına ehtiyac var

Şəmkirdə yaradılan yeni yaşayış massivlərinin qazlaşmasına ehtiyac var. Bunu deputat Kamran Bayramov deyib.
"Şəmkirdə əhali sayı 3000 nəfər olan yeni massivlər yaradılıb. Rayonun bir neçə kəndləri və massivləri hələ də qazlaşdırılmayıb. Vətəndaşların müraciət etməsinə baxmayaraq həmin ərazilərə qaz çəkilməyib. Bu məsələnin diqqətdə saxlıanlması yaxşı olar", - deputat martın 15-də Milli Məclisdə Nazirlər Kabinetnin 2023-cü il hesabatına münasibət bildərərkən söyləyib.
"Nazirlər Kabinetinin 2023-cü ildəfəaliyyəti haqqında" hesabatında cari il üçün qazlaşdırılacaq kəndlərin və massivlərin adları açıqlanıb.
Hesabatda Şəmkirin qaz olmayan massivlərinin bu il üçün qazlaşdırılması nəzərdə tutulmayıb.
2024-cü il üçün Goranboyun bir neçə kəndinin qazlaşıdırılması planlaşdırılır.
Hesabatda Ələt qəsəbəsinin 3-cü massicvinə və Baş Ələt qəsəbəsinin 2-ci və 3-cü massivlərinə qaz çəkilməsi bu torpaqların müvafiq qaydada statusu dəyişdikdən sonra mümkün olması qeyd olunur.
Tovuzun Qandalar kəndinə qaz xəttinin çəkilməsi üçün ilk baxış keçirilib. Kəndin qazlaşdırılması məsələsinə mövcud maliyyə imkanları çərçivəsində baxılacağı qeyd yazılıb.
Şabranın qazlaşdırılmayan 8 kəndinin mövcud maliyyə imkanları çərçivəsində icra olunması nəzərdə tutulub.
Siyəzənin Daşlı Çalğan, Orta Çalğan və Dağ Quşçu kəndləri isə növbəti ilin dövlət investisiya proqramı çərçivəsində qazla təmin olunacaq.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib