Mingəçevirdə 12 yataqxananın sökülməsinə ehtiyac var - Aydın Mirzəzadə

Mingəçevirdə yerləşən 12 yataqxananın sökülüb yerində sosial evlərin tikilməsinə ehtiyac var. Bunu deputat Aydın Mirzəzadə deyib.
"Bu məsələni ötən il də səsləndirmişdim. Mingəçevirdə 12 yataxana var. Həmin yataxanaların bərpası qeyri-mümkündür. Vətəndaşların mənzil alması şansı da yoxdur. Hökumətin orada yerləşən yataqxanaların sökülərək yeni sosial evlərin tikilməsinə ehtiyac var. Boşalmış sahələrdə də məktəblər, sosial obyektlər tikilə bilər", - deputat martın 15-də Nazirlər Kabinetinin hesabatına münasibət bildirərkən söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























