Hafiz Babalının həbs müddəti 3 ay uzadılıb, Elnarə Qasımovanın vəsatəti təmin olunmayıb

Araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddəti 3 ay uzadılıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar verilib.
Onun vəkili Rəsul Cəfərov Turan İnformasiya Agentliyinə bildirib ki, həm müdafiə tərəfi, həm də Babalı "qaçaqmalçılıq" ittihamlarını təkzib edib, jurnalist araşdırmalarına görə təqib olunduğunu qeyd edib, lakin məhkəmə vəsatəti təmin etməyib.
Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanın həbs müddətinin uzadılması ilə bağlı şikayəti də təmin etməyib.
2023-cü ilin dekabrın 14-də Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs edilib.
Elnarə Qasımova yanvarın 13-də şəxslərin qabaqcadan əlbirliyi ilə qaçaqmalçılıqda (CM-nin 206.3.2-ci maddəsi) ittiham edilərək saxlanılıb.
Yanvarın 15-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Yanvarın 15-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Martın 7-də isə onun həbs müddəti 3 ay uzadılıb.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























