• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Məcid serialda jurnalisləri tənqid edən görüntüyə münasibət bildirib

Rəşad Məcid serialda jurnalisləri tənqid edən görüntüyə münasibət bildirib
15.03.2024 15:40
"Gündəlik" serialında müəllimin jurnalisti imla yaza bilməməklə hədələməsi öz işinin ustası olan jurnalistlərə qarşı hörmətsizlikdir. Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Facebook sosial şəbəkə hesabında qeyd edib.
 
"Bu gün Azərbaycanda jurnalist adına iddia edən saysız-hesabsız şəxslər arasında savadsızları kifayət qədər çoxdur, amma onu da etiraf edək ki, savadsız adamlar elə müəllimlər, lap belə məmurlar arasında da az deyil, həm də belələrinə bütün peşə sahibləri içində, bütün fəaliyyət sahələrində rast gəlmək olar. Bu baxımdan məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistkaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir. Bu iradı qəbul etməli olan birinci tərəf, zənnimcə, həmin serialı ərsəyə gətirən prodakşn, o serialın müəllifləri və yaradıcı heyətidir. Onlar bu addımla həm iki fərqli peşə sahibləri arasında gərginlik yaradır, həm də bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyurlar. Jurnalist adına iddia etməklə bu adı aşağılayanlarla yanaşı, bu gün cəmiyyətdə bir qrup da var ki, onlar hər addımda jurnalistləri gözdən salmağa çalışırlar. Bundan isə ilk növbətə dərin mənəviyyata malik, peşəkar jurnalistlər əziyyət çəkirlər. Hesab edirəm ki, bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq", - sədr vurğulayıb. 
 
"Gündəlik” serialının ssenarisini yazan Tural Cəfərli bildirib ki, serialdan götürülmüş kiçik bir səhnənin bütün jurnalistikanın qınanması kimi qələmə verilməsi absurd nəticədir. 

" "Gündəlik” serialı mənim yaradıcılıq məhsulumdur, ssenarini mən yazmışam. Bunun Elm və Təhsil Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Nə serialı ETN maliyyələşdirib, nə də əvvəldən baxıb, sifariş verib. Nazirliyin bu işə heç bir aidiyyatı yoxdur. Hər hansı adamın danışığından, əsərdən, filmdən ayrıca götürülmüş bir hissə ilə hətta çox yanlış təəssüratlar yaratmaq mümkündür. Serialdan götürülmüş həmin hissə də buna misaldır. "Gündəlik” serialı hər gün İctami TV-də yayımlanır, "Yutub”da da yerləşdirilir. İnsanlar bu seriala baxdıqda nəyin nə olduğunu aydın şəkildə başa düşə bilərlər. Yoxsa ayrıca götürülmüş kiçik bir səhnənin bütün jurnalistikanın qınanması kimi qələmə verilməsi absurd bir nəticədir. Çünki serialda jurnalistlərin həqiqi mənada fədakar əməyi, necə qəhrəmanlıq göstərmələri, ictimai mövzulara necə həssaslıqla yanaşmaları çox aydın və təsirli şəkildə təsvir olunub. Bütün bu iddiaların hamısı məhdud təfəkkürün, kontekstdən qoparılmış fikrin nəticəsidir. İnsanlar sözügedən səhnənin əvvəlinə və sonrakı bölümlərinə baxsalar, gerçəyin nə olduğunu aydın şəkildə başa düşə bilərlər”, - o Facebook sosial şəbəkə hesabında qeyd edib.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol