• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Muradov Boris Kandovla görüşüb

Fuad Muradov Boris Kandovla görüşüb
16.03.2024 20:22
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.Bu barədə "Qafqazinfo"
xəbər verib.

Qonaqları səmimi salamlayan komitə sədri Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən irihəcmli layihələr barədə məlumat verib, konqreslə əməkdaşlıqdan məmnun olduğunu və mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan dövlətinin multikultural və toletantlıq ənənələrini yüksək qiymətləndirən ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov, ABŞ və Kanada Buxara Yəhudiləri Mərkəzinin rəhbəri Leon Nektalov və "Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini və təcrübə mübadiləsinin daha səmərəli olacağını vurğulayıblar. 

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondu ilə ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Görüşün sonunda qonaqlara fondun dəstəyi ilə çap olunan "Heydər Əliyevin sevimli musiqi inciləri” kitabı və bir sıra başqa vəsaitlər hədiyyə olunub. 
 
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi 100-dən artıq mədəniyyət mərkəzini, təhsil, icma və media müəssisəsini özündə birləşdirir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol