• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski", "Xutor" və "Papanin"in axırı necə olacaq?

"Sovetski", "Xutor" və "Papanin"in axırı necə olacaq?
21.02.2014 19:18
Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov: "Mərkəzdəki müəssisələr şəhərdən kənara köçürüləcək"Böyük Bakının regional planına əsasən "Sovetski"də sökülən evlərin yerində heç bir bina, ev və ya obyekt tikiliməyəcək.Həmin ərazi tamamilə yaşıllıqdan ibarət olacaq. Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov keçirdiyi mətbuat konfransında bildirdi ki, "Xutor" və "Papanin"də də yaşayış evlərinin yerində yaşıllıqlar salınacaq. Amma əgər ehtiyac olarsa, həmin ərazilərin yeni planı da hazırlana bilər. Bakı ərazisində neft mədən ərazilərinin çoxluq təşkil etdiyini deyən komitə sədri plana görə həmin ərazilərin də təmizlənərək yaşıllıqla əvəz olunacağını bildirdi. Planda yeni yaşayış sahələrinin salınması da yer alıb.Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Abbas Ələsgərov: “Plana əsasən Dübəndi, Pirallahı adaları turizm sahəsinə çevrilməsi nəzərdə tutulur. Ölkə başçısının tapşırığına əsasən mərkəzdə olan müəssisələr şəhərdən kənara köçürülməlidir. Belə olan təqdirdə kənarda yerləşən ərazilərdə yeni iş yerləri açılacaq və həmin ərazilərdə yaşayanlar işlə təmin olunacaqlar. Plana görə Qaradağ rayonunun Ələt qəsəbəsində Dəniz Limanı tikilməsi nəzərdə tutulur.”Komitə sədri həmçinin ölkədə tikilən evlərin vəziyyəti və onların planları ilə bağlı məsələyə də toxundu. “Ölkə başçısının tapşırığına görə, hər bir məhəllə üçün ayrıca plan olmalıdır. Plan 2 il müddətinə hazırlanmalıdır. Yalnız plandan sonra əraziyə uyğun olaraq, bina tikilişinə icazə verilir. Şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisini də qanunsuz hesab edən komitə sədri bildirdi ki, bunun üçün mütləq əsasnamə olmalıdır. Ümumiyyətlə Böyük Bakının regional planına Sumqayıt, Xırdalan, Abşeron, Qaradağ daxildir. Əgər plan tam həyata keçirilərsə, bu ərazilərdə böyük dəyişikliklər nəzərdə tutulur. //ANS Press
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol