• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələr avtobusa pul ödəməyəcək

Tələbələr avtobusa pul ödəməyəcək
21.02.2014 18:54
Şahin İsmayılov: "Kart sisteminin nəqliyyatda bütünlükdə tətbiqi reallaşdıqdan sonra tələbələr də tələbə kartı vasitəsilə güzəştlər nəqliyyatdan istifadə edə biləcəklər"Azərbaycanda tələbələr yaxın vaxtlarda avtobuslardan güzəştli istifadə edə biləcəklər. Bu məlumatı Movqe.az-a Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov verib. Ş. İsmayılov bildirib ki, tələbələrin güzəştli şərtlərlə avtobuslardann istifadə etməsi istiqamətində Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq nazirliklə danışıqlar davam edir: "Nəqliyyatda kart sisteminin tətbiqinə artıq başlanılıb. Kart sisteminin nəqliyyatda bütünlükdə tətbiqi reallaşdıqdan sonra tələbələr də tələbə kartı vasitəsilə güzəştlər nəqliyyatdan istifadə edə biləcəklər. Bu məsələnin öz həllini tapması üçün nəqliyyatda kart sistemi tam işə düşməlidir ki, güzəştli gediş-gəliş tələbə kartları vasitəsilə mümkün olsun".Ş. İsmayılov tələbə kartları vasitəsilə güzştlər barədə təkliflərin müzakirə olunduğunu söylədi. Onun sözlərinə görə, tələbə kartları ilə bağlı bir neçə təklif var.Xatırladaq ki, təkliflərdən biri tələbə kartları ilə ilkin olaraq avtobuslardan 10-20 faiz güzəştlə yararlanmaq imkanı idi. Əsas təklifin isə tələbələrə güzəştli birdəfəlik ödəmə imkanının yaradılması olduğu bildirilib.Yəni tələbələrə 10 manatlıq güzəştli ödəmə üçün gün ərzində avtobuslardan iki dəfə istifadə etmək kimi limit qoyulmasın. Bu güzəşt limitsiz olsun. Gələcəkdə Bakı metropoliteni ilə də tələbələrə güzəşt edilməsi üçün danışıqlar aparmaq nəzərdə tutulub. İlkin variantda avtobuslarda bu güzəşti, ictimai nəqliyyatda kart sisteminə keçid gerçəkləşdikdən sonra  reallaşdırılacaq.Qeyd edək ki, "Azərbaycan Tələbə kartı" layihəsi ATGTİ-nin təklifi əsasında "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramına daxil edilib. Hazırda bu layihə ATGTİ, Gənclər və İdman və Təhsil nazirlikləri ilə birgə "Xəzər" İnvestisiya Mərkəzi tərəfindən reallaşdırılır. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol