Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək

Novruz bayramının qeyd edildiyi martın 20-i və 21-də Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli tərtib olunacaq. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.
Qeyd edilən iki gün ərzində saat 07:00-dan 21:00-dək "Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Martın 22-dən 26-dək həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi "28 May” stansiyasından "İçərişəhər” və "Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq.
"Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 20-21-də şənbə gününün, martın 22-26-da isə bazar gününün hərəkət cədvəllərindən istifadə etsinlər.
Bununla yanaşı, qeyri-iş günlərində ehtiyat qatarlar, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib