• $
  • €
  • ₽
  • ₺
  • £

7-ci sinif şagirdinin zorakılığa məruz qaldığı iddia olunur - Məsələ araşdırılır

7-ci sinif şagirdinin zorakılığa məruz qaldığı iddia olunur - Məsələ araşdırılır
18.03.2024 14:30
Şahbuz rayon Sələsüz kənd tam orta məktəbində 7-ci sinif şagirdinin təhsil müəssisəsinin işçiləri tərəfindən zorakılığa və təhqirlərə məruz qaldığı iddia olunur. Bu barədə "Gündəlik Naxçıvan”a məktəblinin qohumları məlumat veriblər.

İddiaya görə, buna səbəb, yeniyetmə qızın məktəbin dərs hissə müridi Ç. N-in nəvəsi ilə dalaşması olub. Bildirilir ki, bundan sonra Ç. N və Uşaq Birliyinin rəbhəri S. H. şagirdi döyüb, həmçinin əxlaqsız söyüşlərlə təhqir ediblər.

"Onlar bir neçə uşağın qarşısında qızın saçından yolub, fiziki güc göstərib, onu hündür səslə küçə söyüşləri ilə təhqir ediblər. Bundan xəbər tutan valideynlər söhbət aparmaq üçün məktəbə getsələr də, onlar da təhqir olunaraq, qapıdan qovulublar. Sonda da deyiblər ki, əgər harasa şikayət etsələr, qız məktəbdən qovulacaq”, - şagirdin yaxınları bildirib.

Onlar deyirlər ki, təhqir olunan şagird aldığı psixoloji travmaya görə, bir daha məktəbə getmək istəmir.

"Valideynləri polisə şikayət etdilər. Polis də məktəbə gəlib müəllimlərin tərəfini saxladı. Sahə müvəkkili dedi ki, belə şeylər məktəbdə normal haldır. Ümid edirik ki, hadisə ictimailəşdikdən sonra aidiyyəti qurumlar tərəfindən obyektiv araşdırma aparılacaq”, - onlar bildirib. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol