Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən məzillərin sayı açıqlanıb

2023-cü ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 1500, Vətən müharibəsindən sonra 6 min, ümumilikdə isə ötən dövrdə 14 800 mənzil və fərdi təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Aytac
www.anews.az
Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 494, ümumən ötən dövrdə 7600 avtomobil təqdim edilib.
Cari ilin iki ayında sosial xidmət müəssisələrində 1800-ə yaxın şəxsə xidmət göstərildiyi, 3900-dək şəxsin evlərində sosial-məişət xidməti, 67 şəxsin sanator-kurort yollayışı ilə təmin edildiyi, 48 şəxsin reinteqrasiyası işlərinin aparıldığı qeyd olunub.
Ötən il Bakı və Sumqayıtda açılan ixtisaslaşmış sosial xidmət mərkəzlərində əlilliyi olan 500-dək, bu ilin iki ayında isə 149 uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərildiyi bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























