• $
  • €
  • ₽
  • ₺
  • £

Aprelin 1-dən siyasi partiyalar MSK-ya hesabat verməlidir

Aprelin 1-dən siyasi partiyalar MSK-ya hesabat verməlidir
18.03.2024 17:32
Siyasi partiyalar aprelin 1-dən maliyyə hesabatı ilə bağlı Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir. Bu barədə yerli mətbuatda məlumat dərc olunub. 
 
Hesabatı təqdim etməyənlər Ədliyyə Nazirliyinə məlumat verməlidir. 
 
Bu gün YAP İdarə Heyəti 2023-cü il üzrə maliyyə hesabatının MSK-ya təqdim edilməsi barədə qərar qəbul edib.
 
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib. 
 
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik  edilməklə III oxunuşda qəbul olunub. 
 
Layihə 6 fəsil, 30 maddədən ibarətdir. 
 
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən  112-si nəzərə alınıb. 


Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb.


1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib.


Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.


"Siyasi partiyalar haqqında" yeni qanun bu il qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.
 
Gülnar 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol