• $
  • €
  • ₽
  • ₺
  • £

İki ayda ölkəyə 341 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

İki ayda ölkəyə 341 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
19.03.2024 12:54
2024-cü ilin yanvar-fevralında Azərbaycana 341 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən hesabat yayıb. 
 
Iki ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 36% artaraq 296,5 min nəfər olub. İrana gedənlərin sayı 38,5%, Gürcüstana gedənlərin sayı  32,2%, Rusiya Federasiyasına gedənlərin sayı 30,6%, Türkiyəyə gedənlərin sayı 30,1% artıb. Xaricə gedənlərin 68,2 %-i kişilər, 31,8%-i qadınlar təşkil edib. 

Hesabat dövründə 167 ölkədən Azərbaycana əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.  Onların 73,9%- i kişi, 26,1% qadındır. 
 
Gələnlərin 26,8%- i Rusiya Federasiyası, 19,9%-i Türkiyə, 9,8%-i İran, 6,9%-i Hindistan, 4,8%-i Gürcüstan, 3,4 %-i Səudiyyə Ərəbistanı, hər birindən 2,7% olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Pakistan, 2,1%-i Küveyt, 1,8 %-i Özbəkistan, 1,5%-i Türkmənistan, hər birindən 1,3% olmaqla Oman və Ukrayna, 1,1 %-i Belarus, 11,2 %-i digər ölkələrin vətəndaşları təşkil edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Polşadan - 47,7 faiz, Türkiyədən - 38,8 faiz, Fransadan - 38,5 faiz, Ukraynadan - 31,7 faiz, Pakistandan - 28,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 27,6 faiz, Almaniyadan - 27,0 faiz, Gürcüstandan - 24,5 faiz, ABŞ-dan - 24,3 faiz, Moldovadan - 23,9 faiz, Rusiya Federasiyasından - 21,5 faiz, Niderlanddan - 20,9 faiz, Belarusdan - 14,0 faiz, Böyük Britaniyadan - 13,9 faiz, Qətərdən - 11,9 faiz artıb. 
 
Hesabat dövründə körfəz ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 68,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 11,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 122,8 min nəfər olub.

Statistikaya görə, gələn şəxslərin 67,6 %-i hava, 31,0 %-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib. 
 
2027-ci ilə qədər turizmin inkişafına dair "yol xəritəsi”nin icrası Rusiya Federasiyası və Azərbaycanın qarşılıqlı turist axınını 40% artıracaq. 2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
 

                                                                                                                           
Aygün Mirakif


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol