• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal sakinləri Novruzun gəlişini təntənə ilə qeyd edir

Yasamal sakinləri Novruzun gəlişini təntənə ilə qeyd edir
19.03.2024 10:00
Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavid parkında rayon və paytaxt sakinlərinin iştirakı ilə Novruz bayramının gəlişi təntənəli şəkildə qeyd edilib.
 
Novruz şənliyinə qatılan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov burada sakinlər və ictimaiyyət nümayəndələri ilə bayramlaşıb. Bayram şənliyində həmçinin ali məktəb rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, Yasamal rayon bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.

Bayram şənliyində bildirilib ki, xalqın gözəl adət-ənənələrini özündə yaşadan bu bayram ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Novruz bayramının dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.Qeyd olundu ki, bu bayramı biz ərazi suverenliyimizi tam bərpa edərək müzəffər xalq kimi qeyd edirik. Buna görə biz Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgər və zabitlərinə borcluyuq.

Şən və yaddaqalan bədii proqram ilə çıxış edən incəsənət ustaları şəhərin ən gözəl istirahət məkanlarından olan Hüseyn Cavid parkını bayram ovqatı ilə bəzəyiblər.Novruzun əsas simalarından olan Kosa və Keçəlin zarafatları, milli geyimli oğlan və qızların rəqsi və incəsənət xadimlərinin konserti vətəndaşlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar. Teatrlaşdırılmış Novruz səhnəcikləri parkda toplaşan sakinlərin böyük rəğbətini qazanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol