Bəxtiyar Əliyevə bəraət verilib

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Bəxtiyar Əliyevə bəraət verilib.
"Qafqazinfo”nun məlumatına görə, müttəhim Əliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Bəxtiyar Əliyev sərbəst ifadəsində özünü təqsirli bilmədiyini, verilmiş ittihamla əlaqəsiz olduğunu deyib. Bütün şahid ifadələri dinləndikdən, dəlil və sübutlar tədqiq edildikdən sonra müttəhimin günahsız olduğu elan olunub.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Bəxtiyar Əliyevə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilib. O, 21 ay sonra məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Həmçinin ona maddi və mənəvi ziyana görə təzminat iddiası qaldırmaq hüququ izah edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























