Dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Martın 25-i günün birinci yarısında, 26-si günün ikinci yarısında qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara bölgələrində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyinin 15-20 m/s, 26-gündüzdən 27-si səhərədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























