Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.
Qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 mm, Şahdağda 31 sm, Qrızda 3 sm olub.
Düşən yağıntının miqdarı Zaqatalada 40 mm, Balakəndə 32 mm, Əlibəydə (Zaqatala) 31 mm, Şəmkirdə 19 mm, Qaxda 10 mm, Oğuzda 8 mm, Şəki, Gədəbəydə 7 mm, Goranboyda 6 mm, Astara, Lənkəran, Şahdağ, Sədərək, Daşkəsən, Qəbələdə 4 mm, Tərtərdə 3 mm, Bərdə, Naftalan, Quba, Ceyrançöl, Mingəçevirdə 2 mm, Şərur, Göygöl, Gəncə, Tovuz, Ağdam, Ağstafa, İsmayıllı, Altıağac, Qusar, Xaltan, Qrız, Yevlax, Yardımlı, Xınalıq, Göytəpədə 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Bakı, Sumqayıt, Pirallahı, Neft Daşları, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Qobustan, Xaltan, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























