• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq rayonlara qar yağıb - Faktiki hava

Dağlıq rayonlara qar yağıb - Faktiki hava
26.03.2024 12:26
Martın 26-sı saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq rayonlarda qar yağıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 54 sm, Qrızda 3 sm olub.
Düşən yağıntının miqdarı Qaxda 20 mm, Şəkidə 19 mm, Qəbələ, Balakəndə 18 mm, Oğuzda 16 mm, Göyçay, Şahdağda 13 mm, Qrız, Xaltan, Şabran, Quba, Qusar, Tovuz, Ordubad, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Şahbuz, Lerik, İsmayıllı, Altıağac, Şəmkir, Ceyrançöl, Naxçıvan, Şamaxı, Ağdam, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Culfa, Naftalan, Gəncə, Şərur, Sədərək, Qobustan, Tərtər, Bərdə, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Astarada 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Həmçinin Şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Şahdağda 20 m/s, Lerikdə 19 m/s, Yardımlıda 18 m/s, Naxçıvan, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Kürdəmir, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 4, Aran rayonlarında 6, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol