• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gecə Bakıda ölən körpə ilə bağlı rəsmi açıqlama

Bu gecə Bakıda ölən körpə ilə bağlı rəsmi açıqlama
21.02.2014 11:12
Bu gecə Bakı şəhəri 7 saylı Doğum Evində doğuş vaxtı körpə ölümü baş verib.Doğum Evinin baş həkimi Xatirə Murtazayeva APA-ya açıqlamasında deyib ki, saat 2-3 radələrində xəstə Hüseynova İradə Qələndər qızı doğuş üçün tibbi mərkəzə gətirilib. Anada uşaqlıq hipertonik qanaxma olub və təcili əməliyyata götürülüb: “Qanaxma səbəbindən ananın həyatını xilas etmək üçün uşaq təcili götürülüb. Sonradan uşaq ölüb, ananın isə uşaqlığı götürülüb. Bütün bu addımlar ananın həyatını xilas etmək üçün atılıb. Şükürlər olsun ki, ana sağ qalıb. Biz onun yaxınlarına demişik ki, qanaxma olduğu üçün xəstə təcili əməliyyata götürülüb. Həmin anda elə vəziyyət yaranır ki, heç kəsdən soruşmadan müəyyən addımlar atılır. Soruşsaq, bəlkə də yaxınları razılıq verməzlər, ana qanaxmadan ölə bilər. Amma yenə də xəstənin yaxınlarına bu barədə xəbər verilib”. Ananın özündə hər hansı xəstəliyin olmasına gəlincə, baş həkim qeyd edib ki, onda yaranan hipertonik qanaxma hansısa xəstəlik səbəbindən baş verməyib. Baş həkim qeyd edib ki, xəstənin yaxınlarının dediyinə görə, ana 12 ildir, dünyaya uşaq gətirməyib və ona doğmaq olmazmış: “Biz hələ ki, onlarla bu barədə dəqiq danışıqlar aparmamışıq. Ananın birinci övladının 12 yaşı var. Bu hadisə baş verəndən sonra biz də eşitdik ki, xəstə 12 ildir, dünyaya uşaq gətirməyib və ona doğmaq olmazmış. Səbəb nəymiş, bu barədə məlumatımız yoxdur. Hazırda ananın yaxınları elə vəziyyətdədirlər ki, onlardan nəsə soruşmaq və öyrənmək olmaz”. X. Murtazayeva qeyd edib ki, həm körpə, həm də ananın uşaqlığı araşdırılma aparılması və dəqiq səbəblərin müəyyənləşdirilməsi üçün analitik-tibbi ekspertizaya göndərilib: “Biz də istəyirik ki, əsl səbəblər araşdırılsın, nəticə barədə bizə dəqiq məlumat verilsin. Dəqiq səbəblər analitik-tibbi ekspertizanın nəticələrindən sonra məlum olacaq”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol