• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
27.03.2024 22:35
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq.Bu barədə Azəriqaz İB-dən bildirilib.

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı 28.03.2024-cü il tarixdə saat 09:00-dan "Kürdəmir” və "Göyçay-1 Əhali” ölçü qovşaqlarından, "Sığırlı” və Göyçay 2” ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Qaz İxrac” İdarəsinə məxsus "Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 54,5-ci km-də "Əhmədbəyli-Füzuli-Şuşa” avtomobil yolu ilə kəsişməsində təhlükəsiz əraziyə köçürülmüş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 28.03.2024-cü il tarixində saat 09:00-dan "Füzuli Diaqnostika” və "Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin paytaxtın Suraxanı rayonu ərazində "Suraxanı əhali" qaz xəttinin yeraltı hissəsində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Əmircan qəsəbəsinin Park küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, A. Rzayev küçəsində xəttin hündürlüyə qaldırılması və siyirtmələrin yenisi ilə əvəz olunması, Suraxanı QPM-də siyirtmənin yenisi ilə əvəz olunması, Suraxanı Mədən ərazisində KOB-29 proqramı ilə əlaqədar qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə 28.03.2024-cü il tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (Kürdəmir şəhəri, rayonun 52 kəndi), Göyçay rayonunun (Göyçay şəhəri və rayonun 25 kəndi) bir hissəsinin eləcə də Füzuli rayonunun bir hissəsinin (Horadiz şəhəri, 13 kənd və 5 qəsəbə), Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələrinin, eləcə də A.Rzayev və X. Ələkbərov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol