• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə universitetlər öz vəsaitini Elm və Təhsil Nazirliyinə məcburi köçürməlidir? - Deputat/VIDEO

Niyə universitetlər öz vəsaitini Elm və Təhsil Nazirliyinə məcburi köçürməlidir? - Deputat/VIDEO
29.03.2024 16:45
Ali təhsil müəssisələri öz müəlliminə, tələbəsinə xərcləməli olan vəsaiti məcburi formada Elm və Təhsil Nazirliyinin nəzdində olan Təhsil İnkişaf Fonduna köçürməli olur. Bunu deputat Fazil Mustafa deyib.

"Ali təhsil müəssisələrindən Elm və Təhsil Nazirliyi ödənişli təhsil alan tələbələrin sayına müvafiq olaraq yığılan vəsaitin əhəmiyyətli hissəsini 500 min manatdan 1 milyon 200 min manata qədər məbləği nazirliyin nəzdində yaradan Təhsilin İnkişaf Fonduna köçürür. Bu vəsait nazirliyin sosial müdafiəsinə və hədəfləri bəlli olmayan grant layihələrinə xərclənir. Universitetin öz müəlliminə sərf edəcəyi yaxud da öz tələbəsinə özünün maddi ehtiyaclarına ayıracaq vəsaiti niyə nazirliyə köçürməlidir? Bu muxtariyyət prinsipinə uyğun deyil. Qoyun universitet öz müəlliminin, tələbəsinin problemini özü həll etsin. Mərkəzləşmiş qaydada universitetin işinə müdaxilə ilə əslində onların problemini dövlət büdcəsinə yönəldilmiş oluruq. Biz dövlət büdcəsini niyə belə yükləməliyik?,- deputat martın 29-da Milli Məclisdə "Təhsil haqqında" qanuna münasibət bildirərkən söyləyib.

Fazil Mustafa təklif edib ki, bu cür ödənişlərin qarşısı alınmalıdır və universitetlər üçün şərait yaradılmalıdır.
 

 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol