Xarici diplomatik nümayəndəliklər gəlir vergisindən azad oluna bilər

Xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı sosial sığorta haqqından və gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Bu barədə Milli Məclisin əmək və sosial komitəsinin sədri Musa Quliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
Deputat Vüqar Bayramov qanuna münasibət bildirərkən söyləyib ki, həmin şəxslər vergidən azad olunduğu halda bu onların pensiya kapitalına təsir edəcək.
"Oxşar model bizdə artıq mövcuddur. Qarabağda vergidən azad olunan şəxslərin pensiya kapitalı dövlət tərəfindən kompensasiya olunur. Əgər bu olmayacaqsa həmin şəxslərin pensiya kapitalı az olacaq. Bunu nəzərə almaq yaxşı olardı”, - Bayramov aprelin 2də Milli Məclisdə Əmək və sosial komitənin iclasında çıxışında deyib.
Musa Quliyev cavab olaraq bildirib ki, xarici nümayəndəliklərdə çalışan bu kateqoriyadan olan şəxslər kifayət qədər yüksək əməkhaqqı alır və bu azadolmalar onların pensiya kapitalına çox da təsir etməyəcək.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib