• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda su problemi yaranacaq

Azərbaycanda su problemi yaranacaq
20.02.2014 16:22
 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, institutun direktor müavini, geologiya-mineralogiya üzrə elmlər doktoru Dadaş Hüseynov gündəlikdə duran məsələ haqqında məlumat verərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. 

“Azərbaycanda su mənbələrindən səmərəli istifadə yolları (Naxçıvan kəhrizləri timsalında)” mövzusunda məruzə ilə çıxış edən aqrar elmlər doktoru, professor Əlövsət Quliyev iqlim dəyişmələri, planetdə istiləşmənin artması, atmosferdə parnik effektinin çoxalması, ekoloji aləmdə baş verən dəyişikliklərin ətraf mühitə təsirindən söz açıb. O bildirib ki, 2021-2050-ci illərin iqlim ssenarilərində XXI əsrin I yarısında Azərbaycan üzrə havanın temperatur artımı orta hesabla 10 ildə 0.3º C, Naxçıvan MR-də isə 0.5-0.7º C olacaq. Bu göstərir ki, Azərbaycanda səhralaşma və su problemi yaranacaq və özünü daha kəskin olaraq ən çox suya ehtiyacı olan bölgələrdən biri olan Naxçıvanda göstərəcək. Bu gün dünyanın 66-ya yaxın ölkəsində kəhrizə rast gəlindiyini söyləyən Ə.Quliyev Azərbaycan bu sırada İran, Pakistan, Əfqanıstan Oman kimi dövlətlərdən sonrakı yeri tutduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda kəhrizlər əsasən Naxçıvan, Qarabağ, Gəncə ətrafında və digər bölgələrdə yayılıb: “XX əsrin əvvəllərində Azərbaycanda 1500-dən çox kəhriz olub. XX əsrin ortalarına qədər Naxçıvanda 407-dən çox kəhrizdən istifadə edilib ki, onların hesabına Naxçıvan, Ordubad kimi iri şəhərlər və 50-dən çox yaşayış məntəqəsi məişət və suvarma suyu ilə təmin edilib. XXI əsrin əvvəllərindən başlayaraq Naxçıvanda kəhriz tədqiqatlarına başlanıb, onların sərfi, minerallaşması, habelə GPS vasitəsilə qeydiyyatı və plana alınması, iqtisadi səmərəliliyi sübut edilərək ekoloji qiymətləndirmə aparılıb. Məhz qaldırılan məsələ ilə əlaqədar Naxçıvanda “Kəhrizlər İdarəsi” yaradılaraq 150-dən çox kəhriz bərpa olunub”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol