• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
02.04.2024 17:04
Bütün ölkə ərazisində sərfəli rabitə xidmətlərini hər kəs üçün əlçatan etməyə davam edən "Nar” yeni konseptli mağazasını bu dəfə Şamaxı şəhərində təqdim etdi. Müasir görünüşü və rahatlığı ilə seçilən mağaza Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə M.Şəhriyar küçəsinin kəsişməsidə yerləşir.

Mağazanın açılışında iştirak edən "Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib: "2024-cü ildə də bölgələrdə yeni "Nar” mağazalarını təqdim etməyə və satış şəbəkəmizi genişləndirməyə davam edirik. "Nar” olaraq, sərfəli qiymət siyasətimizə sadiq qalmaqla yanaşı, üstün müştəri təcrübəsi və yüksək keyfiyyətli rabitə xidmətlərini müştərilərimizə əlçatan etməyə qərarlıyıq.”

Mobil operatordan verilən məlumata görə, "Nar” bu il ərzində daha 15 yeni mağazasını Azərbaycanın bölgələrində təqdim etməyi planlaşdırır. Müştərilər özlərinə ən yaxın "Nar” mağazalarının ünvanlarını operatorun rəsmi saytından (nar.az) tapa bilər.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol