• $
  • €
  • ₽
  • ₺
  • £

NASA Ay üçün yeni saat hazırlayacaq

NASA Ay üçün yeni saat hazırlayacaq
03.04.2024 17:59
ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Ay üçün saniyələrin Yerdəkindən daha sürətli keçdiyi yeni saat hazırlamağı planlaşdırır.  Bu barədə NTV xəbər verib.
 
Bildirilib ki, Ayda Yerdən daha az cazibə qüvvəsi olduğundan, vaxt gündə 58,7 mikrosaniyə tez keçir. Bu səbəbdən Ağ Ev NASA və ABŞ-ın digər agentliklərinə beynəlxalq agentliklərlə birlikdə işləyərək Aya xas vaxta istinad sistemi hazırlamağı tapşırıb.
 
Ağ Ev NASA-nın 2024-cü ilin sonuna qədər ilkin ideyanı ortaya qoymasını və 2026-cı ilin sonuna qədər yekun plan hazırlamasını istəyir.

NASA Kosmik Rabitə və Naviqasiya Proqramının (SCaN) əməkdaşı Kevin Coggins verdiyi açıqlamada bildirib ki, Aydakı atom saatı Yerdəkindən fərqli sürətlə işləyir.
 
"Ayda hər şeyin sürətlənmiş Ay vaxtı ilə işləyəcək, lakin Yerdəki kimi yay və qış vaxtı olmayacaq”, - o deyib.

Coggins, NASA-nın daha əvvəl Aya göndərdiyi astronavtların saat taxdığını, lakin saniyələrin indiki qədər vacib olmadığını qeyd edib.
 
O, GPS, peyklər, mürəkkəb kompüter və rabitə sistemləri kimi yüksək texnologiyalı sistemlərdə hətta mikrosaniyələrin də vacib olduğunu vurğulayıb.
 
2023-cü ildə Avropa Kosmik Agentliyi bir günün 29,5 Yer günü davam etdiyi Ay üçün ümumi vaxt arayışı hazırlanmalı olduğunu açıqlayıb.

NASA 2025-ci ilin sentyabrında elmi araşdırmalar aparmaq üçün Artemida Missiyası çərçivəsində Ayın orbitinə astronavt göndərməyi hədəfləyir.

NASA yanvarın 10-da bildirib ki, ekipajın Aya enişi kosmik gəmi ilə bağlı təhlükəsizlik narahatlıqları, həmçinin astronavtların kostyumları və eniş maşınlarında yaranan problemlər səbəbindən 2026-cı ilə təxirə salınıb.
 
 
Aygün Mirakif




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol