Mədəniyyət Mərkəzlərində işçilərin əməkhaqqları çox aşağıdır

Mədəniyyət Mərkəzlərində işçilərin əməkhaqqları çox aşağıdır. Bunu deputat Razi Nurullayev deyib.
"Azərbaycanda bir çox mərkəzlər var. Bura Heydər Əliyev Mərkəzlərini də daxil etmək olar. Burada işləyən şəxslərin əmək haqqı ölkədə olan minumum əmək haqqı ilə eyni məbləğdədir. Rəhbər şəxsləri isə 500 manatdan bir az çox maaş alır. Bu cür mərkəzlərin saxlanılması üçün də büdcədən vəsait ayrılmır. Burada bazar iqtisadiyyatı vacib amildir. Belə mərkəzlərdə tədbir keçirilən ödəniş etməlidir. Belə olan haqlda həm işçilərin sosial ödənişləri artar", - deputat aprelin 5-də Milli Məclisdə "Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanuna münasibət bildirərkən bildirib.
Bundan əvvəl büdcə müzakirələri zamanı deputat Musa Quliyev Heydər Əliyev Mərkəzinin işçilərinin əməkhaqqlarının artırılmasını təklif edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























