İtkin düşmüş 35 nəfərin qalıqları ailələrinə təhvil verilib

Kütləvi məzarlıqda qalıqları aşkarlanmış 102 şəxsin eyniləşdirilməsi aparılıb, 35-in qalıqları ailələrinə təhvil verilib. Apa xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlara əlaqədar Dövlət Komissiyasının əməkdaşı Cəmilağa Ağayev deyib.
"İşğaldan azad edilmiş ərazilərdə 16 kütləvi məzarlıq aşkar edilib. Ümumilikdə isə 500-dən artıq insan qalığı götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə laboratoriyalara təhvil verilib. Genetik molekulyar analiz Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Tibb İdarəsində həyata keçirilir. Onu da bildirim ki, 2014-cü ildən başlayaraq Dövlət Komissiyası itkin düşmüş ailələrin yaxınlarından bionümunələr götürüb və onlardan profillər çıxarılaraq bazaya əlavə edilib”, - o qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























