Azərbaycanda biznesmen güllələndi

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Tərtərdə 56 yaşlı iş adamı güllələnərək qətlə yetirilib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Vasif Hüseynov küçəsi 8 ünvanında qeydə alınıb.
1958-ci il təvəllüdlü Sənan Ərşad oğlu Mirzəyev yaşadığı evdə naməlum şəxs və ya şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində öldürülüb.
Prokurorluqdan bildirilib ki, S.Mirzəyevin rayon ərazisində bir neçə avtoyuma məntəqəsi olub.
Hazırda hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























