Bəxtiyar Hacıyev xaricə köçməsi və qayıtmasından danışıb - MƏHKƏMƏDƏN REPORTAJ

Bakı
Ağır Cinayətlər Məhkəməsində ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin məhkəməsi
davam edir.
O, 2022-ci ilin dekabrında Yasamal rayon Məhkəməsində Ülviyyə
Alovluya qarşı xuliqanlıq, icra məmuru Orxan Abdullayevə xəsarət yetirmə, məhkəməyə hörmətsizlik
ittihamları ilə həbs olunub. Sonradan ona yeni hallar kimi QHT fəaliyyətinə
görə, əlavə maddələr verilib və istintaq müddəti bir neçə dəfə uzadılıb.
İstintaq orqanı Hacıyevi qaçqmalçılıqda, qanunsuz sahibkarlıqda, sənədi
saxtalaşdırmaqda, müxtəlif beynəlxalq təkilatlardan qrantlar alıb təyinatı
üzrə xərcləməməkdə təqsirləndirir.
Aprelin 5-də davam edən məhkəməyə zərərçəkən və şahidlər gəlməyib. Hakim məhkəmə iclasına müttəhimin sorğu-sual olunmasıyla davam edib. Bəxtiyar Hacıyev bildirib ki, həbsini siyasi sifariş hesab etdiyi üçün yalnız siyasi sualları cavablandıracaq.
Bəxtiyar Hacıyev vəkillərin
suallarını cavablandırarkən deyib ki, 2013-cü ildə Praqaya gedib. Məqsədi
işgüzar və şəxsi həyatını orada qurmaq, davam etmək olub. Ancaq bəzi məmurlar dövlət başçısının adından ona ölkəyə qayıtmağı təklif edib. O, 2015-ci ildə ölkəyə
qayıdıb və indi buna peşmandır.
"Ən böyük səhvim odur ki, inandım və qayıtdım.
Öz şirkətlərimi qurub, tələbələrin xaricdə təhsil almasıyla bağlı layihələr
etdim, özümə iş qurdum. Ancaq elə o vaxtdan məni sıxmağa başladılar. Kaş ki,
qayıtmayaydım”, - Hacıyev deyib.
Vəkillər və hakim Bəxtiyar Hacıyevə
şirkətlərin yaradılmasından, fəaliyyətindən, maliyyə məsələlərindən xeyli sual
verib.
Bəxtiyar Hacıyev şirkətlərin qurulmasında, fəaliyyətində və maliyyəsində
hər hansı qanunsuzluğa yol vermədiyini, tam şəffaf fəaliyyət göstərdiyini,
vergi ödəyicisi kimi öhdəliklərini vaxtında yerinə yetirdiyini bildirib.
O, üzünü
hakim Əli Məmmədova tutaraq, barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilərsə və o, ev
dustaqlığına buraxılarsa, müəyyən sənədləri məhkəməyə təqdim edə biləcəyini
vurğulayıb.
"Çox demirəm, bircə həftəliyə məni ev dustaqlığına buraxın, gedim,
sənədləri yığım gətirim, sübut edim ki, bütün fəaliyyətim qanuni olub. Ancaq
sizi də anlayıram, yaxşı bilirəm ki, Sizin buna gücünüz çatmaz. Həbsimi Vilayət
Eyvazov sifariş verib, gərək onun da razılığı ola ki, mən ev dustaqlığına buraxılım”, - Hacıyev vurğulayıb.
Ülviyyə Alovlu ilə bağlı epizod ətrafinda
sual-cavab vaxtı hakim sənədləri vərəqləyərək Bəxtiyar Hacıyevə "bu pişik məsələsi
nədir” – deyə sual verib.
Bəxtiyar Hacıyev bildirib ki, əslində baş verənlər
onu təxribata çəkmək üçün əvvəldən hazırlanmış ssenari olub.
"Baş verənlər məni
təxribata çəkmək üçün əməliyyat tapşırığı olub. Bu planın məqsədi həm də məni
qadına qarşı zorakılıq edən biri kimi təqdim etmək idi. Ülviyyə Alovlu dövlət
orqanlarına müraciətlərində də pişik məsələsini önə çəkirdi. Möhrətəm hakim, mən
burada siyasi məsələlər haqqında danışmağa başlayan kimi, sözümü kəsirsiz. Amma
bayaqdan pişikdən danışıram, heç nə demirsiz. Bu iş bu qədər qeyri-ciddi
işdir?”, - Hacıyev hakimdən soruşb.
Məhkəmə müttəhimə zərərçəkənlərdən
biri kimi tanınan Orxan Abdullayevlə bağlı suallar verib.
Orxan Abdullayev
Yasamal Rayon Məhkəməsində icra məmuru olub. O da Bəxtiyar Hacıyevi məhkəmə
salonundan çıxarmaq istəyərkən xəarət alması barədə polisə şikayət edib. Bəxtiyar
Hacıyev həmin epizod üzrə məhkəməyə ifadə verərkən bu işin qurama olduğunu söyləyib.
"Ülviyyə Alovlunun şikayəti əsasında
başlamış cinayət işinin müddəti başa çatmaq üzrə idi. Orxan Abdullayevi ortaya
atdılar, çağırıb ona ərizə yazdırdılar", - Hacıyev deyib.
Bəxtiyar Hacıyev zərərçəkənlərin iştirak etməməsi ilə bağlı iradını bildirərək onların məcburi məhkəməyə verilməsini tələb edib.
Hakimin növbəti məhkəmə iclasını
aprelin 19-na təyin etməsi də müttəhimin narazılığına səbəb olub.
"Məhkəmə iclası
aprelin 8-də davam etsin və tez yekunlaşsın. 16 aydır ki, həbsdəyəm. 3 aydan
çoxdur məhkəmə başlayıb, zərərçəkənlərsə məhkəməyə gəlmir, məhkəmə iclasları
arasında uzun müddət fasilələr olur. Mən artıq burada eyni sualları
cavablandırmaqdan, eyni şeyləri təkrar-təkrar danışmaqdan bezmişəm”, - o deyib.
Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il
tarixində məhkəməyə hörmətsizlik (Cinayət Məcəlləsinin 221 və 289-cu maddələri
) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı Cinayət Məcəlləsinin
192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin
leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələrilə ittiham irəli sürülüb.
2023-cü il noyabrın 7-də Hacıyevə
qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari
tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçiləri onu siyasi məhbus
kimi tanıyıblar.
Beynəlxalq təşkilatlar Harvard Universitetinin məzunu olan Hacıyüvin dəfələrlə azad edilməsinə çağırıblar.
Günel Əliyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























