• $
  • €
  • ₽
  • ₺
  • £

Məmurun tutdurduğu iş adamı 14 il müddətinə həbs edildi - MƏHKƏMƏDƏN REPORTAJ

Məmurun tutdurduğu iş adamı 14 il müddətinə həbs edildi -  MƏHKƏMƏDƏN REPORTAJ
06.04.2024 22:02
Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Vahid Xələfova hökm oxunub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.  Vahid Xələfov ölkə ərazisində yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olub. 
 
Vahid Xələfovdan ötən il Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov şikayətçi düşüb. Xəlilov şikayətində göstərib ki, Vahid Xələfov ona hədə-qorxu gələrək külli miqdarda pul tələb edib. O, sonradan qurulan məhkəmədə verdiyi ifadəsində də şikayətinin üstündə dayanıb və iş adamının cəzalandırılmasını tələb edib.
 
"Əvvəl atamın, sonra oğlumun, daha sonra qardaşım oğlunun evini ona sifariş etdim, pullarını da qəpiyinə kimi ödədim. Ancaq 2015-ci ildən başlayaraq məndən yenə pul tələb etməyə başladı. Bir gün zəng elədi ki, gəl görüşək, sənin mənə borcun var. Daha sonra məktub gəldi ki, guya mənim ona 1 milyon manat borcum var. Mənim işlərimi görmək üçün kredit götürüb, ödəyə bilmir. Bir dəfə görüşəndə üstümə bıçaq çəkdi, borcu ödəməyi tələb etdi. Sonra da prezidentə məndən şikayət məktubu yazdı, fəaliyyətimin araşdırılmasını istədi. Araşdırdılar, gördülər, təmizəm. 2016-cı ildə bağ evimə hücum çəkib. Videogörüntüsünü polisə də verdim. Mənə zənglər etməyə, SMS-lər göndərməyə başladı. Hədə qorxu gəlirdi. Deyirdi, əlimdə sənədlərin var. Mən də dedim ki, sənəd var, hara istəyirsən apar ver”, - Xəlilov deyib. 
 
Məhkəmədə ifadə verən məmur bildirib ki, sonuncu dəfə şikayəti Vahid Xələfovun onun maşınının önünü kəsməsi, növbəti dəfə hədələməsi ilə bağlı olub. 
 
"Həyat yoldaşım da yanımda idi. Vahidin əlində dəmir parçası, belində tapança va idi. Qışqırırdı ki, düş maşından, 1 milyon manatımı ver. Qaza basıb, oradan uzaqlaşa bildim”, - Xəlilov bildirib. 
 
Vahid Xələfov isa məhkəmə iclaslarında Hikmət Xəlilovun vəzifəsindən sui-istifadə edərək onu şərlədiyini vurğulayıb.
 
O, ifadəsində və sualları cavablandırarkən bildirib ki, Hikmət Xəlilov ona üç yox, on iki sifariş verib, O, bütün sifarişləri yerinə yetirsə də, Xəlilov ödəniş etməyib.
 
Xələfovn sözlərinə görə, Hikmət Xəlilovun ona 4 milyon manat və 324 min ABŞ dolları borcu yaransa da ödəməyib.
 
Vahid Xələfov barəsində çıxarılmış məhkəmə hökmü ilə razılaşmır. Vəkili hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.
 
Vahid Xələfovla məmur Hikmət Xəlilov arasında məsələ bununla bitmir. Hələ 2021-ci ildə Vahid Xələfov və onun "SV QRUP” MMC üzrə təsisçilərdən biri kimi iş ortağı olam Sərvər Məmmədov Prezidentə müraciət ediblər. Bu müraciət Hikmət Xəlilovun vəzifəsindən sui-istifadə edərək onların milyonlarla manat pulunu, həmcinin Vahid Xələfovun qızına məxsus evi aldatmaqla ələ keçirməsi barədə olub. Tərəflər arasında bu məsələlərlə bağlı əvvəllər  məhkəmə çəkişmələri də gedib.
 
Günel Əliyeva 
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol