Mənzil Fondu ilə bağlı bəzi çatışmazlıqlar problemlərə səbəb olur - Palata sədri

Mənzil Fondunun haqqında mövcud olan qanunvericlik ilə bağlı bəzi çatızmazlıqlar praktiki problemlərə səbəb olur. Bunu Hesablama Palatasının sədri Vüqar Gülmmədov deyib.
"Mənzil fondu ilə təmin edilməli olan şəxslərin dairəsini dəqiqləşdirilməsi, üstün mənzil təminatı
hüququ olan şəxslərin Mənzil Məcəlləsində nəzərə alınması (qazilər, şəhid ailələri
və s.), Məsələn, "Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda mənzil şəraitini yaxşılaşdırmağa
ehtiyacı olan şəhid ailələrinin yaşayış sahəsi ilə birinci növbədə təmin
olunması ilə bağlı hüquqlar təsbit olunur, lakin Mənzil Məcəlləsində şəhid ailələri, müharibə nəticəsində əlil olan şəxslərin üstün hüququ fərqləndirilmir", - sədr aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatı təqdim edərkən deyib.
Sədr birtipli sosial kirayə müqaviləsinin nümunəsinin hazırlanmasını təklif edib.
habelə mənzil fondunun yaşayış sahəsinin
ayrılma normasının aktuallığına baxılması tövsiyə edilmişdir. (normalara əsasən
bu, 16 kvadrat metrdir, lakin praktikada
buna əməl olunmur)", - Gülməmmədov vurğulayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























