Hesablama Palatasının işçilərinin sayı artırılmalıdır - Deputat

Hesablama
Palatasının işçilərinin və ya auditlorların sayını artırmaq lazımdır. Bunu deputat Aydın Hüseynov deyib.
"Büdcəmiz artır. Hesablama Palatasının işçilərinin və ya auditorlarının sayını artırmaq lazımdır. Bu say artırılmalıdır ki, nəzarət və əhatə dairəsi genişlənsin", - deputat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatı təqdim edərkən deyib.
Hesablama Palatasının sədri cavab olaraq bildirib ki, hazırda Palatanın 116 işçisi var. Dövlət orqanlarının sayı isə 1000-dən çoxdur. Düşünün hansı heyətlə fəaliyyət göstəririk. Bizim dövlət büdcəmizlə, qonşu Gürcüstanın dövlət büdcəsini araşdırın. Gürcüstanda Hesablama Palatasında 342 nəfər əməkdaş çalışır", - sədr vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























