Vardaryanın Nobel mükafatını almaq üçün namizədliyi irəli sürülüb

Separatçı rejimin saxta "dövlət naziri" Ruben Vardaryanın xeyriyyəçilik fəaliyyətinə görə 2024-cü il üzrə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Bu barədə Ermənistan mətbuatı Vardaryanın ofisinə istinadan yazıb.
Bildiriib ki, bu təklif bir sıra siyasi və ictimai xadimlər tərəfindən irəli sürülüb.
Vardanyanın namizədliyi təkcə Ermənistanda deyil, digər ölkələrdə də elmi, təhsil və humanitar proqramları ilə əlaqədar təklif olunub.
2023-cü il sentyabrın 27-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları Laçında Qondarma rejimin saxta nazirini Ermənistana gedərkən saxlayıb və Bakıya gətirərərək aiddiyatı quruma təhvil verdiklərini açıqlayıblar.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Vardaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 101-ci maddələrində nəzərdə tutulmuş "Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma” və "Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar” maddəsi ilə 15 il və ya daha çox həbs oluna bilər.
Saxta nazir Qarabağdakı vəzifəsindən fevralda istefa verib. O bu vəzifəyə 2022-ci il gətirilmişdi.
Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























