Üç ayda nə qədər şəxsə pensiya və müavinət ayrılıb? - Statistika

2024-cü ilin ilk üç ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara 11,9 min pensiya, 39 min müavinət və təqaüd ayrılıb. Bu barədə nazirliyin açıqladığı son statistikada qeyd olunub.
Dövlət Statistika Komitəsinin son hesabatına görə Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub.
2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkədə1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub,1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.
2023-cü il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.
Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Ötən ilin əvvəlinə olan məlumata görə, ölkədə 418 min sosial müavinət alan şəxs olub. Bu ilin əvvəlində isə rəqəm 442 min təşkil edib. Yəni, 1 il ərzində sosial müavinət alanların sayında 24 mindən çox artım qeydə alınıb.
2023-cü ilin əvvəlinə olan məlumata görə, ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib, bu il isə 114,3 manat olub.
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib