UNWTO Avropa regionu üzrə Komissiyasının 71-ci iclası Azərbaycanda keçiriləcək

BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Avropa regionu üzrə Komissiyasının 71-ci iclası 2025-ci ildə Azərbaycanda keçiriləcək. Bu barədə qərar UNWTO-nun Albaniyanın paytaxtı Tiranada keçirilən 70-ci iclasında qəbul edilib.
"2024-cü ilin martında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2024-cü ilin martında Komissiyanın 71-ci iclasına ev sahibliyi etmək üçün yazılı şəkildə Azərbaycanın namizədliyini irəli sürüb. Katiblik şifahi qeyd yolu ilə Avropa Komissiyasının bütün üzvlərinə namizədlik barədə məlumat verib. Bu sənədin verildiyi tarixə kimi Katiblik yalnız Azərbaycanın namizədliyini qəbul etmişdi. Kommissiya yetmiş birinci iclasa ev sahibliyi etmək üçün öz namizədliyini təqdim etdiyinə görə, Azərbaycana təşəkkürünü bildirir və dəvəti qəbul edir, Katibliyə lazımi tədbirlərin görülməsini və işin təşkili üçün dəstək təklif edilməsini tapşırır", - UNWTO-nun yaydığı məlumatda qeyd olunub.
2025-ci ilin ikinci rübü ərzində iclasın keçirilməsi planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























