Martda bu məhsulların qiyməti bahalaşıb - Siyahı

Martda fevrala nisbətən düyünün, kolbasanın, təzə və dondurulmuş balığın, kərə və zeytun yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, kartofun, çayın, ucuzlaşma isə əsasən unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində artım olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bildirilib ki, digər qida məhsullarında ciddi dəyişiklik müşahidə olunmayıb.
"2024-cü ilin mart ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya
nisbətən 100,0 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,4
faiz təşkil edib", - məlumatda qeyd olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























