Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub

Kəlbəcərdə Azərbaycan ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda deyilir.
Bu gün səhər saatlarında Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki Azərbaycan ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























