Üç ayda əsas kapitala nə qədər vəsait qoyulub? - Məbləğ

2024-cü ilin ilk rübündə əsas kapitala 3809,2 milyon manat vəsait qoyulub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bilidirib ki, qeyri-neft sektoru üzrə investisiyaların həcmi 4,8%, neft-qaz sektoru üzrə isə 2,7% artıb.
Yatırılan investisiyaların 79,4% daxili investisiyalar təşkil edir.
Cari ilin iki ayında Azərbaycanda əsas kapitala 2638,1 milyon manat vəsait qoyulub.
Bundan əvvəl BP tərəfdaşları ilə birlikdə Azərbaycanda və regionda layihələrə 84 milyard dollardan çox sərmayə qoyduğunu açıqlayıb.
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib.
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çox olub.
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib