Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb - MN

Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra çağırışçılar tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunurlar. Daha sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.
Təlim hərbi hissələrində gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir, onlara hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri çatdırılır.
Ölkədə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























