AZAL Bakıdan Sofiyaya bilet satışına start verib

"Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 7-dən etibarən Bakıdan Sofiya şəhərinə və əks istiqamətdə həftədə iki dəfə uçuşlar yerinə yetirəcək.Bu barədə AZAL-dan məlumat verilib.
Aviaşirkət artıq bu marşrut üzrə bilet satışına başlayıb.
Uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Bolqarıstanın paytaxtı və ən böyük şəhəri olan Sofiya zəngin tarixi və mədəni görməli yerləri ilə səyahətçilərin diqqətini cəlb edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























