Tank əleyhinə idarə olunan raket komplekslərinin test atışları keçirilib

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunmuş «Mizraq-U» və «Mizraq-O» tank əleyhinə idarə olunan raket komplekslərinin Azərbaycanda test atışları keçirilib. APA-nın Türkiyənin «Kokpit.aero» saytına istinadən verdiyi məlumata görə, test atışları Azərbaycan Silahlı Qüvvələrinin «Cobra» zirehli avtomobillərinin üzərinə inteqrasiya olunmuş buraxıcılardan və yerüstü buraxıcı qurğulardan həyata keçirilib. Atışlarda hər iki raket hədəfləri yüksək dəqiqliklə məhv edib. Qeyd edək ki, Türkiyənin Uzaq Mənzilli Tank Əleyhinə Raket layihəsi çərçivəsində istehsal edilən raket «Mizraq-U», Orta Mənzilli Tank Əleyhinə Raket layihəsi çərçivəsində istehsal edilən raket isə «Mizraq-O» adlanır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























