Binəqədidə yük və minik maşınları toqquşdu - Ölən var

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.
Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi "Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi "Kia-sorenta” markalı avtomobil toqquşub.
M.Allahverdiyev 09.04.2024-cü il tarixdə saat 18:00-da aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























