• $
  • €
  • ₽
  • ₺
  • £

Notariat idarələrində «Forma-1» arayışlarının onlayn verilməsinə başlanacaq

Notariat idarələrində «Forma-1» arayışlarının onlayn verilməsinə başlanacaq
19.02.2014 21:56
Ötən il Azərbaycanda qeydiyyata alınan daşınmaz əmlakın sayı əvvəlki illərlə müqayisədə maksimal həddə çatıb və 180 minə yaxın olub.«APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.K.Həsənov qeyd edib ki, daşınmaz əmlakla bağlı xidmətlərin daha şəffaf və çevik göstərilməsi məqsədilə yaxın günlərdə Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslar vasitəsilə real vaxt rejimində - onlayn verilməsinə başlanılacaq: «Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaq».K.Həsənovun sözlərinə görə, ötən ilin sonunda Komitə Ədliyyə Nazirliyi ilə birgə texniki məsələlərin həlli istiqamətində tədbirlər görüb: «Artıq Komitə daxili hazırlıq işlərini yekunlaşdırıb. Hazırda Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər başa çatmaq üzrədir. Yaxın gələcəkdə növbəti onlayn xidmətlərin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı da işlər aparılır».ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol