• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadədən valideynlərə çağırış

Məleykə Abbaszadədən valideynlərə çağırış
19.02.2014 19:55
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul kampaniyası dövründə valideynləri və abituriyentləri “işbazlar”dan ehtiyatlı olmağa çağırıb.APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında yenə də abituriyentlərə və valideynlərə müraciət edib. Onun sözlərinə görə, nədənsə hamı bu işgüzar adamların necə cəzalandırılmasını, qanun qarşısında cavab verdiklərini görsə də, müəyyən bir vaxt kimsə kiminsə toruna düşür: “Biz bu prosesdə yalnız ictimai fikrə mətbuat vasitəsilə təsir göstərə bilərik. Bizim bütün məlumatlarımız rəsmi və açıq şəkildə saytımızda, jurnalımızda çap olunur. “Abituriyent” jurnalında və bizim saytımızda olan məlumatlar axırıncı və dəqiq məlumatlarıdır. Qəbul imtahanı prosesi çox şəffafdır. “Abituriyent” jurnalının yeni çap olunan 1-ci nömrəsində bütün qəbul qaydaları və model testlər əks olunub”. TQDK sədrinin sözlərinə görə, qəbul zamanı həmin jurnalı alıb oxumaq və ona uyğun hazırlaşmaq lazımdır: “Hansısa “işgüzar adam”ın toruna düşən insanlar öz talelərini aşağı savadı olan insana həvalə edirlər. Mən yenə də onlara müraciət edirəm ki, bizim rəsmi orqanımız, saytımız var. Qaydalar açıqdır, proses tam şəffafdır. Kiməsə nəsə söz verən adamların işi yalnız dələduzluqdur və onları aşkar etmək üçün mətbuatın da köməyi lazımdır. Hüquq-mühafizə orqanlarına müraciət edərək onları ifşa etmək gərəkdir”. M.Abbaszadə bəzi xarici ali məktəblərə imtahansız qəbul məsələsinə də münasibət bildirib: “Mən özüm də tıxacda olarkən qarşıdakı avtobusun üzərində reklamda “xaricdə imtahansız təhsil” yazısının şahidi oldum. Ümumiyyətlə, təhsil prosesini imtahansız təsəvvür etmək mümkündürmü? Ölkədə azad iqtisadiyyatdır, söz azadlığı var və kim hansı şüarı istəsə, yaza bilər. Amma buna kim inanacaq? İnanan adam da gərək fikirləşsin ki, belə təhsil təklif olunursa, bu nədir? Təbii ki, oxumaq istəyən oxuyacaq və nəticə əldə edəcək. Hansısa qərar qəbul etmək insanların səviyyəsindən asılıdır ki, onlar düzgün, qanuni yol seçirlər, yoxsa kiminsə toruna düşürlər”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol