Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qurumun "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xüsusi alpinist ləvazimatlarından istifadə edərək Nərimanov rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalan 2022-ci il təvəllüdlü azyaşlı xilas edilərək valideynlərinə təhvil verilib.
Həmçinin, Nizami rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə edərək eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında aşkar edilən 2000-ci il təvəllüdlü yeniyetmə yaxınlarına təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























