• $
  • €
  • ₽
  • ₺
  • £

“Baku Steel Company” Düsseldorfda Azərbaycanı təmsil edir

“Baku Steel Company” Düsseldorfda Azərbaycanı təmsil edir
15.04.2024 18:16
15-19 aprel 2024-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində metallurgiya sektorunun dünya nəhənglərini bir araya toplayan "Tube 2024” sərgisi keçirilir. Azərbaycanı sözügedən sərgidə Qafqazın ən böyük metallurgiya şirkəti "Baku Steel Company” QSC (bundan sonra – BSC) təmsil edir.

"Tube 2024” sərgisində 2600-dən çox iştirakçı şirkət öz xidmət və məhsullarını sərgiləyir. Metallurgiya sektorunun hazırkı tendensiyaları və perspektivləri, yeni texnologiyalar, məhsullar və onların ixrac imkanları kimi bir sıra mövzularla əlaqədar məlumatların təqdim olunduğu sərgidə maraqlı forumlar da keçirilir.

Forumların proqramları yaşıl polad, eko metallar, polad ticarəti, süni intellekt və boru sənayesində innovativ texnologiyalarla bağlı mövzuları əhatə edir. Yaşıl transformasiya və cari inkişaf tendensiyalarından kəsmə və emal texnologiyası üçün unikal həllərə qədər ilk mənbədən mütəxəssis fikirlərinin təqdim olunduğu forumlar fikir mübadiləsi aparmaq və yeni biliklərə yiyələnmək üçün unikal fürsətdir.

Əsasən maşınqayırma, neft-qaz, kimya və tikinti sektorlarının diqqət mərkəzində olan "Tube 2024” sərgisi şəbəkələləşmə, potensial əməkdaşlıq əlaqələri qurmaq və yeni bazarlara çıxmaq üçün olduqca əhəmiyyətli bir platformadır.

Azərbaycanı təmsil edən şirkət olaraq, BSC-nin məhsullarının sərgiləndiyi stendə ziyarətçilər və iştirakçılar arasında böyük maraq var. BSC nümayəndələri, təmsil etdikləri şirkət, həmçinin bütövlükdə Azərbaycanın metallurgiya sektoru və onun imkanları barədə məlumatlar verir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol