• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
15.04.2024 19:36
"Formula 1”ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Bu gün prokuror cinayət əməli haqda istintaq materiallarında yazılanları tək-tək açıqlayıb.
 
Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun işçisi olub. Rəhimov özü də istintaq dövründə ifadə verib. Mehdiyevin cinayət əməlinin üstü arvadının şikayətindən sonra açılıb. İstintaq orqanı dövlətə dəymiş ziyanın ödənilməsinin sürətlənməsi məqsədi ilə müttəhimin həbsini tələb etməyib. 
Məhkəməyə sədrlik edən Leyla Əsgərova-Məmmədova deyib ki, müttəhimə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilsə, 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

İttihamın elanından sonra Mehdiyev özünü qətiyyən təqsirli bilmədiyini deyib. 
Prokuror təqsirləndirilən şəxsin dindirilməsi ilə prosesin davam etməsini təklif edib. Müdafiə tərəfi isə bununla razılaşmayıb.
 
Mehdiyevin vəkili isə əvvəlcə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsinin dindirilməsini istəyib.
"Bizə maraqlı olan bəzi məsələlər var. İyiriminci şəxsi (Çingiz Mehdiyevi nəzərdə tutur-red) gətirib qoyublar birinci şəxsin yerinə… zərərçəkmiş tərəf gəlib izah etsin, sonra müvəkkilim ifadə versin”.

Məhkəmə prokurorun təklifini qəbul edib. 

Mayın 6-a təyin edilmiş proses təqsirləndirilən şəxsin sərbəst ifadəsi ilə davam edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol